Dünya

Livan BMT-yə İranla bağlı şikayət göndərdi

13 May 2026, 20:48 1 baxış
Livan BMT-yə İranla bağlı şikayət göndərdi
Livanın Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına İranla bağlı şikayət göndərib. Oxu.Az xəbər verir ki, bu barədə MTV telekanalına Livanın BMT-dəki daimi nümayəndəsi Əhməd Ərəfa məlumat verib. İran Livanın daxili işlərinə müdaxilədə, eləcə də bu ölkəni İsraillə münaqişəyə cəlb etməkdə ittiham olunur. O bildirib ki, şikayətdə İranın bir sıra qurumları, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanunsuz hərəkətlər etməkdə və Livan hökumətinin qərarlarına açıq-aşkar itaətsizlik göstərməkdə ittiham olunur. "Livanda minlərlə insan həlak olub və yaralanıb, bir milyondan çox vətəndaş evlərini tərk etmək məcburiyyətində qalıb. Misli görünməmiş maddi itkilər dəyib, İsrail isə Livan ərazisinin bir hissəsini ələ keçirərək orada təhlükəsizlik zonaları yaradıb", - deyə diplomat vurğulayıb. O xatırladıb ki, hərbi eskalasiya İranın nəzarətində olan "Hizbullah" hərəkatının döyüşçülərinin martın 2-də İsrailin şimal bölgələrini atəşə tutmasından sonra başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər