Makrona vurulan şillənin səbəbi bəlli oldu - Video
Fransa dövlət başçısı Emmanuel Makronun mobil telefonunda iranlı aktrisadan gələn mesaj Bricit Makronun qəzəbinə tuş gəlib. Bildirilir ki, bütün dünyada rezonans doğuran məşhur şillə olayı da məhz bu hadisə zəminində baş verib.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu diqqətçəkən detal barədə "Daily Mail" nəşri məqalə dərc edib.
Keçən ilin mayında yayılan kadrlarda birinci xanımın Vyetnam səfəri zamanı təyyarədən enərkən Makronun üzünə zərbə endirdiyi əks olunmuşdu. O vaxt Makron bu olayı xanımı ilə aralarında yaranan "mübahisə" və ya sadəcə "zarafat" adlandırmışdı.
Ancaq fransalı jurnalist Florian Tardif özünün "(Demək olar ki) Mükəmməl cütlük" adlı yeni kitabında hadisələrin tam fərqli versiyasını təqdim edərək, cütlüklə bağlı qaranlıq məqamlara işıq salır.
"Əslində, məsələ Bricit Makronun məşhur bir şəxsdən, iranlı aktrisadan gələn mesajı görməsindədir", - deyə müəllif qeyd edib.
Jurnalistin sözlərinə görə, ailəyə yaxın mənbələr Makronun həmin İran aktrisasına xoş sözlər və təriflər yazdığını təsdiqləyirlər.