Digər
İran Hörmüzə görə bu iki ölkə ilə razılaşdı
İraq və Pakistan Hörmüz boğazı vasitəsilə neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarını təmin etmək üçün İranla ayrı-ayrı razılaşmalar əldə ediblər.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, İraq iki neft tankerinin təhlükəsiz keçidi ilə bağlı təminat alıb, Pakistan isə Qətərdən LNG tədarükünü İranın təsdiqlədiyi marşrutlar vasitəsilə təşkil edib.
Bildirilir ki, İran artıq Hörmüz boğazını tam bağlamaqdan çox, keçidə nəzarət etmə strategiyasına keçir və digər ölkələr də oxşar razılaşma imkanlarını araşdırırlar.
Mənbə
axar.az