Rusiya yaxın günlərdə genişmiqyaslı hücuma keçəcək
Rusiya yaxın günlərdə Ukraynaya qarşı yeni genişmiqyaslı hücuma hazırlaşa bilər.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat deyib.
Onun sözlərinə görə, mümkün hücuma hazırlığı göstərən bir neçə amil var: Ukrayna kəşfiyyatının məlumatları, beynəlxalq tərəfdaşlardan alınan informasiya, eləcə də Rusiya hərbi aerodromlarında artan fəallıq.
“Taktiki aviasiyanın yenidən yerləşdirilməsi və aerodromlarda aktivliyin artması qeydə alınır. Adətən, zərbələr endirilməzdən əvvəl düşmən əvvəlcədən təyyarələri hazırlayır və silahlandırır. Son günlər məhz belə fəallıq müşahidə edirik”, – deyə İqnat qeyd edib.
O deyib ki, buna bənzər əlamətlər əvvəllər də raketlər və zərbə pilotsuz uçuş aparatlarının tətbiqi ilə həyata keçirilən kombinə olunmuş hücumlardan əvvəl müşahidə olunub.