Digər

Məşhur qrup Yunanıstanda zəlzələyə səbəb oldu

13 May 2026, 01:00 1 baxış
Məşhur qrup Yunanıstanda zəlzələyə səbəb oldu

Afina şəhərində ABŞ-ın “Metallika” rok qrupunun konserti zamanı yeraltı təkanlar qeydə alınıb.


Axar.az Publika.az-a istinadən xəbər verir ki, Olimpiya stadionunda təxminən 80 min insan toplaşıb, daha 10 min şəhər sakini və qonağı isə meydançanın ətrafına gəlib. Afina Geodinamika İnstitutunun bildirdiyinə görə, qrupun musiqisi və tamaşaçıların rəqsləri mikroseysmik rəqslərə səbəb olub.


2025-ci ilin mayında “Metallika” qrupunun ABŞ-ın Virciniya ştatındakı Bleksberq şəhərində verdiyi konsert zamanı da zəlzələ baş vermişdi. Enter Sandman mahnısının giriş hissəsində 60 min tamaşaçının eyni vaxtda aktiv şəkildə tullanması yeraltı təkanlar əmələ gətirmişdi.


Virciniya Texniki Universitetinin seysmoloji rəsədxanası da bu faktı təsdiqləmişdi; yeraltı təkanların pik nöqtəsi məhz sözügedən mahnının başlanma vaxtı ilə üst-üstə düşmüşdü.


Həmçinin 2024-cü ildə Edinburqda pop ulduzu Teylor Sviftin üç konserti zamanı kiçik zəlzələlərin baş verdiyi sənədləşdirilmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər