Digər
Türkiyədən xəbərdarlıq: Müharibə yenə başlasa...
İran və ABŞ arasında atəşkəsə alternativ hərbi münaqişənin yenidən başlaması olardı.
Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Əl-Cəzirə"yə müsahibəsində deyib.
"Atəşkəsə alternativ olaraq müharibənin yenidən başlaması nəzərdə tutulur. Heç kim belə bir ssenarinin təkrarlanmasını istəmir, çünki bu müharibə qlobal iqtisadiyyata və enerji təhlükəsizliyinə zərər verir", - deyə Fidan bildirib.
Onun sözlərinə görə, ABŞ və İran arasında danışıqlarda prioritet atəşkəsin qorunmasıdır:
"Danışıqlar müxtəlif dərəcədə uğurla davam edir".
Mənbə
axar.az