Digər
Rusiya yeni "Sarmat"ı sınaqdan keçirdi
Rusiya “Sarmat” raket sistemini uğurla sınaqdan keçirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Strateji Raket Qüvvələrinin komandanı Sergey Karakayev Prezident Vladimir Putinə məruzəsində deyib.
"Bu gün saat 11:15-də Strateji Raket Qüvvələri ən son ağır maye yanacaqla işləyən qitələrarası ballistik raket olan “Sarmat”ı sınaqdan keçirib. Sınaq uğurlu olub. Missiya yerinə yetirilib", - deyə o qeyd edib.
Mənbə
axar.az