Digər

"EFES-2026" təlimi: Hərbçilərimizin paraşüt tullanışları - VİDEO

12 May 2026, 15:41 1 baxış
"EFES-2026" təlimi: Hərbçilərimizin paraşüt tullanışları - VİDEO
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Türkiyədə keçirilən "EFES-2026" çoxmillətli təlimində növbəti tapşırıqlar uğurla icra olunub. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimin planına uyğun olaraq, Azərbaycan, Türkiyə və Macarıstan hərbçiləri tərəfindən paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar praktiki yerinə yetirilib. Müxtəlif yüksəkliklərdən paraşüt tullanışları zamanı iştirakçı ölkələrin və "EFES-2026" təliminin bayrağı daxil olmaqla ümumilikdə 53 bayraq Türkiyə səmasında dalğalandırılıb. Qeyd edək ki, hərbi qulluqçularımız digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər