Siyasət
Deputat: "Orta Asiyadan Avropaya uzanacaq yolun strateji nöqtələrindən biri Zəngilan olacaq" - FOTO
"Zəngilanda yaradılan kommunikasiyalar və iqtisadi fəaliyyət təkcə bu rayon üçün deyil, bütövlükdə respublikamız və xalqımızın inkişafı üçün ciddi əsaslar yaradacaq". Bunu Oxu.Az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib. O bildirib ki, ölkə başçısı İlham Əliyev Zəngilanda səfərdə olarkən bir çox mühüm, strateji mesajlar verib:
"Bunlar həm regiondakı vəziyyətlə bağlı, həm də Böyük Qayıdış və Zəngilan rayonumuzun gələcək inkişaf perspektivləri ilə bağlı idi. Bir daha bəyan olundu ki, Zəngilan Azərbaycanın sərhəd rayonlarından biri kimi ən inkişaf etmiş, mühüm kommunikasiyaların keçdiyi bir rayona çevriləcək. Azərbaycanın həyata keçirdiyi meqalayihələr kontekstində Orta Asiyadan Avropaya uzanacaq yolun ən strateji nöqtələrindən biri Zəngilan rayonu olacaq. Burada yükdaşımaların dövriyyəsi və bununla əldə edilən qazanclar, yükdaşımalar ətrafında yaradılan logistika və onun gətirdiyi iqtisadi dividendlər həm Zəngilanın sürətlə böyüməsinə, inkişaf etməsinə səbəb olacaq, həm də ümumilikdə ölkə səviyyəsində iqtisadi perspektivlərimizin daha da genişlənməsinə gətirib çıxaracaq".

Mənbə
oxu.az
Oxşar Xəbərlər