İdman

Əlcəzair millisindən DÇ-2026-da Avstriya ilə unikal göstərici - FOTO

29 Jun 2026, 01:48 2 baxış
Əlcəzair millisindən DÇ-2026-da Avstriya ilə unikal göstərici - FOTO
DÇ-2026-da qrup mərhələsinin son turunda keçirilmiş Əlcəzair - Avstriya qarşılaşmasında (3:3) afrikalılar maraqlı göstəriciyə imza atıblar. Oxu.Az RBK-ya istinadən xəbər verir ki, "Opta" analitik platformasının hesablamasına görə, Əlcəzair futbolçuları Avstriyanın qapısına vurduqları üçüncü qoldan əvvəl beş dəqiqədən çox fasiləsiz topa sahib olublar. Lakin 93-cü dəqiqədə Əlcəzair millisinin kapitanı Riyad Marez komanda yoldaşlarının 110 ötürməsindən sonra fərqlənərək hesabı 3:2 edib. Bununla belə, Əlcəzair millisi üstünlüyünü cəmi üç dəqiqə qoruya bilib. Avstriya yığmasında sonradan meydana daxil olan Saşa Kalayciç 96-cı dəqiqədə hesabı bərabərləşdirib. Nəticədə Avstriya J qrupunu ikinci pillədə başa vuraraq pley-offda İspaniya ilə qarşılaşacaq. Əlcəzair isə qruplarda üçüncü yeri tutan ən yaxşı səkkiz komanda sırasında yer alaraq 1/16 finala yüksəlib və bu mərhələdə İsveçrə ilə üz-üzə gələcək.
Əlcəzair millisindən DÇ-2026-da Avstriya ilə unikal göstərici - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər