Dünya

Qalibaf: "İranın 14 bəndlik təklifinə alternativ yoxdur"

12 May 2026, 02:07 1 baxış
Qalibaf: "İranın 14 bəndlik təklifinə alternativ yoxdur"
"İranın ABŞ ilə münaqişənin tənzimlənməsi istiqamətində irəli sürdüyü 14 bəndlik təklifə alternativ yoxdur və digər bütün yanaşmalar uğursuzluğa məhkumdur". Oxu.Az xəbər verir ki, bu barədə İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkəsində paylaşım edib. "14 bəndlik təklifdə əksini tapan, İran xalqının hüquqlarını tanımaqdan başqa heç bir alternativ yoxdur. İstənilən fərqli yanaşma tamamilə nəticəsiz qalacaq və yalnız uğursuzluqlar silsiləsinə gətirib çıxaracaq", - deyə o vurğulayıb. Qalibaf əlavə edib ki, ABŞ prosesi nə qədər çox uzadarsa, amerikalı vergiödəyicilər bunun üçün bir o qədər böyük əvəz ödəyəcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər