Dünya

Ağ Evin UNO ilə bağlı müəmmalı paylaşımı müzakirələrə səbəb oldu - FOTO

12 May 2026, 02:31 1 baxış
Ağ Evin UNO ilə bağlı müəmmalı paylaşımı müzakirələrə səbəb oldu - FOTO
Ağ Ev sosial şəbəkədə uçan boşqab işarəsi ilə müşayiət olunan müəmmalı paylaşım edib. Oxu.Az xəbər verir ki, paylaşım "X" platformasında dərc olunub. "Bazar ertəsi səhərinin mesajını görmək üçün şəkli böyüdün", - deyə paylaşımda bildirilib.
Paylaşıma əlavə olunan şəkli yaxınlaşdırdıqda "Make America Great Again" ("Amerikanı yenidən möhtəşəm edək") yazısını görmək mümkündür. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp lazerlə təchiz edilmiş hərbi gəminin təsvir olunduğu şəkil paylaşmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər