Dünya

"Ryanair" təyyarəsi təcili eniş etdi: Amsterdam hava limanında fövqəladə vəziyyət

12 May 2026, 02:43 1 baxış
"Ryanair" təyyarəsi təcili eniş etdi: Amsterdam hava limanında fövqəladə vəziyyət
İrlandiyanın "Ryanair" aviaşirkətinə məxsus, Varşavadan Lidsə (Böyük Britaniya) uçan sərnişin təyyarəsi göyərtədə yaranmış fövqəladə vəziyyət səbəbindən Amsterdamın Sxiphol hava limanına məcburi eniş edib. Oxu.Az xəbər verir ki, bu barədə "Hart van Nederland" portalı məlumat yayıb. Nəşrin məlumatına görə, hava limanının uçuş-eniş zolağına çoxlu sayda xilasedici avtomobil, yanğınsöndürən maşın və təcili tibbi yardım briqadaları cəlb olunub. Fövqəladə hallar xidmətləri müxtəlif qurumlar arasında sıx əməkdaşlıq və koordinasiya tələb edən ən yüksək reaksiya səviyyələrindən biri olan GRIP 1 rejimini elan ediblər. Bununla belə, hava limanının rəhbərliyi hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib və təyyarənin göyərtəsində yaranmış fövqəladə vəziyyətin səbəbləri barədə detalları açıqlamayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər