Dünya

Qalibafdan sərt mesaj: "Onlar dəhşətə gələcəklər"

12 May 2026, 01:12 1 baxış
Qalibafdan sərt mesaj: "Onlar dəhşətə gələcəklər"
İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf bildirib ki, ölkə ordusu istənilən təcavüzkara "dərs verməyə" hazırdır. Oxu.Az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində paylaşım edib. Qalibafın sözlərinə görə, rəqiblərin yanlış strategiyaları və səhv qərarları onlar üçün mütləq fəlakətli sonluqla nəticələnəcək. Siyasətçi vurğulayıb ki, artıq "bütün dünya" Tehrana qarşı yönəlmiş uğursuz hərbi planların necə nəticələndiyini görüb. O əlavə edib ki, İran regionda vəziyyətin inkişafının bütün mümkün variantlarını nəzərdən keçirir və onların hər birinə hazırdır. "Onlar dəhşətə gələcəklər", - deyə Qalibaf bildirib və ölkənin silahlı qüvvələrinin yüksək döyüş hazırlığına, eləcə də texniki təchizatına işarə edib.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər