Dünya
Oyunun qaydalarını dəyişən "Yıldırımhan" - VİDEO
Türkiyə müdafiə sənayesində yeni mərhələyə keçid etdiyini nümayiş etdirir. Bu dəfə söhbət pilotsuz uçuş aparatları və ya hava hücumundan müdafiə sistemi deyil, daha strateji silahdan - qitələrarası ballistik raketdən gedir. Baku TV-nin "Hərbi Xronika" verilişinin yeni buraxılışında Türkiyənin ən uzaqmənzilli raketi hesab olunan "Yıldırımhan"dan bəhs edilib.
6 min kilometrlik mənzilə malik olduğu bildirilən raket artıq Ankara üçün yalnız hərbi texnologiya deyil, həm də strateji çəkindirmə mesajı kimi qiymətləndirilir. Səsdən 9 dəfə sürətli olduğu açıqlanan "Yıldırımhan" Türkiyənin müdafiə planlamasında yeni mərhələnin simvolu sayılır. Ekspertlər hesab edirlər ki, bu raket Ankara üçün oyunun qaydalarını dəyişə biləcək potensiala malikdir.

Mənbə
oxu.az