Dünya
Ukraynada Prezident Ofisinin sabiq rəhbəri Yermakın evində axtarış aparılır - FOTO - VİDEO
Ukrayna hüquq-mühafizə orqanları Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermakla bağlı istintaq hərəkətləri həyata keçirir. Oxu.Az xəbər verir ki, bu barədə "Ukrainskaya pravda" nəşri məlumat yayıb.
Məlumata görə, Ukrayna Milli Antikorrupsiya Bürosu ("NABU") və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu ("SAP") tərəfindən Yermakla bağlı aparılan istintaq tədbirləri barədə nəşrə anonim mənbələr məlumat veriblər. Hazırda istintaq hərəkətlərinin səbəbi açıqlanmır. Lakin ötən ilin noyabrında da "Midas" qalmaqalı çərçivəsində Yermakın evində axtarış aparılmışdı. Ötən il "NABU" detektivləri "Enerqoatom" şirkətində korrupsiya sxemini ifşa etmişdilər. İstintaqın versiyasına görə, cinayətkar qrup enerji şirkətinin podratçılarından müqavilə dəyərinin 10-15 faizi həcmində rüşvət tələb edib. İş üzrə əsas fiqurantlar biznesmen Timur Mindiç, Ukraynanın keçmiş energetika naziri German Qaluşenko, energetika nazirinin sabiq müşaviri İqor Mironyuk və biznesmen Aleksandr Tsukerman hesab olunur.
Qanunsuz əldə edilən vəsaitlərin "bek-ofis"lər vasitəsilə yuyulduğu bildirilir. KİV-də rezonans doğuran istintaq fonunda həmin dövrdə Prezident Ofisinin rəhbəri olan Andrey Yermakın da iş üzrə fiqurantlardan biri ola biləcəyi ilə bağlı iddialar yayılmışdı. Əvvəlcə "NABU" tərəfindən "Midas" işi çərçivəsində yayımlanan "Mindiç lentləri"ndə Yermakın "Əlibaba" ləqəbi ilə keçdiyi ehtimal edilirdi. Bu ilin mart ayında isə "NABU"nun "Midas" işi üzrə baş detektivi Aleksandr Abakumov Yermakın əslində "Cərrah" ləqəbi ilə keçdiyini bildirib.

Mənbə
oxu.az