Dünya

Kallas Aİ ilə Rusiya arasındakı danışıqlarda vasitəçi ola biləcəyini bildirib

12 May 2026, 00:24 1 baxış
Kallas Aİ ilə Rusiya arasındakı danışıqlarda vasitəçi ola biləcəyini bildirib
Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Kaya Kallas mayın 11-də keçirdiyi brifinq zamanı gələcəkdə Aİ ilə Rusiya arasında dialoqda potensial vasitəçi kimi çıxış edə biləcəyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" nəşri məlumat yayıb. "Etiraf etməliyəm ki, düşünürəm, Rusiyanın qurduğu tələləri tanıya bilərəm", - deyə Kallas bildirib. O qeyd edib ki, hazırda Avropa danışıqlar prosesində iştirak etmir və Brüssel Aİ ölkələri ilə birlikdə Rusiyadan hansı güzəştləri gözlədiyini müzakirə etməlidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər