Digər
Almaniya Ukrayna üçün bu raketləri istehsal edəcək
Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün bəzi PAC-2 GEM-T raketləri Almaniyadakı yeni zavodda istehsal olunacaq.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa məlumat YAYIB.
“Az müddət əvvəl PAC-2 GEM-T raketlərinin tədarükü ilə bağlı müqavilə imzalandı. Onlardan bəziləri Almaniyadakı yeni bir müəssisədə istehsal olunacaq. İndi əsas məsələ prosesi mümkün qədər sürətləndirməkdir və həmçinin raketləri daha tez əldə etməyin yollarını tapmaq vacibdir”, - Palisa bildirib.
Mənbə
axar.az