Digər

AB Rusiyaya yeni sanksiya paketinə hazırlaşır – Kallas

11 May 2026, 20:00 1 baxış
AB Rusiyaya yeni sanksiya paketinə hazırlaşır – Kallas

Biz Avropa Birliyi ölkələrinə yeni məhdudiyyətlərlə bağlı sorğu göndərmişik. Sanksiyalar Rusiyanın hərbi-sənaye kompleksinə, Rusiya neftini daşıyan tankerlərinə qarşı yönəlməlidir.


Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas deyib.


“Hər bir hal üçün ayrıca sanksiyalar tətbiq etməyə davam etmək qərarına gəlmişik. Biz böyük paketlər barədə razılığa gəlməyə çalışmayacağıq, əksinə Rusiyanın gəlirlərini məhdudlaşdıracaq istənilən tədbirləri ardıcıl olaraq həyata keçirəcəyik”, - Kallas əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər