Dünya

Pakistanda dəhşətli qəza: Mikroavtobus uçuruma aşdı - 11 nəfər həlak oldu

11 May 2026, 19:06 1 baxış
Pakistanda dəhşətli qəza: Mikroavtobus uçuruma aşdı - 11 nəfər həlak oldu
Pakistanın şimal bölgəsində sərnişin daşıyan mikroavtobusun uçuruma düşməsi nəticəsində azı 11 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Dunya News" televiziya kanalı məlumat yayıb. Məlumata əsasən, qəza Xayber-Paxtunxva vilayətinin Svat bölgəsində qeydə alınıb. Yol-nəqliyyat hadisəsi zamanı həyatını itirənlər arasında qadın və uşaqların da olduğu bildirilir. Hazırda faciənin başvermə səbəbləri araşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər