Dünya

Donald Trampdan kritik Hörmüz açıqlaması: Əməliyyatlar başlaya bilər?

11 May 2026, 19:50 1 baxış
Donald Trampdan kritik Hörmüz açıqlaması: Əməliyyatlar başlaya bilər?
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Project Freedom" ("Azadlıq layihəsi") əməliyyatının yenidən başladılması ehtimalını nəzərdən keçirdiyini açıqlayıb. Oxu.Az bildirir ki, ABŞ lideri "Fox News" kanalına verdiyi müsahibədə prosesin Hörmüz boğazında gəmilərin adi müşayiətindən daha genişmiqyaslı formada həyata keçirilə biləcəyini qeyd edib. Donald Tramp vurğulayıb ki, məsələ ilə bağlı hələ yekun qərar qəbul etməyib. Xatırladaq ki, ABŞ Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədilə "Project Freedom" əməliyyatına mayın 4-də start vermişdi. Lakin bir gün sonra dövlət başçısı əməliyyatın müvəqqəti dayandırıldığını açıqlamışdı. Tramp bildirmişdi ki, fasilə İranla aparılan sülh danışıqları fonunda Pakistan və bir sıra digər dövlətlərin müraciəti əsasında verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər