Digər
Trampın Moskvaya səfər dəvəti aktualdır – Peskov
ABŞ Prezidenti Donald Trampın Rusiyaya səfər dəvəti aktual olaraq qalır.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bəli, şübhəsiz ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı ilə Moskvada görüşməkdən məmnun olacaq. Yeri gəlmişkən, o hər dəfə telefonla danışanda bunu deyir", - deyə Peskov bildirib.
Mənbə
axar.az