Dünya
Suriyada hərbçiləri daşıyan avtobusa hücum: Ölənlər var - FOTO
Suriyanın Hasaka bölgəsində kənd ərazisində naməlum şəxslər içərisində müvəqqəti hökumət qüvvələrinin hərbçilərinin olduğu avtobusa hücum ediblər. Oxu.Az bildirir ki, bu barədə SANA agentliyi ölkənin Müdafiə Nazirliyinin KİV-lə əlaqələr departamentinə istinadən məlumat yayıb. Məlumata görə, hücum nəticəsində Suriya müvəqqəti qüvvələrinin iki hərbçisi həlak olub, bir neçə nəfər isə yaralanıb.
Qeyd olunub ki, hədəfə alınan avtobus Hasakanın 64-cü diviziyasına məxsus olub.
Qeyd olunub ki, hədəfə alınan avtobus Hasakanın 64-cü diviziyasına məxsus olub.
Mənbə
oxu.az