Digər

Zelenskinin çıxışı: Nikoldan Kremlin narazılığına reaksiya

11 May 2026, 17:09 1 baxış
Zelenskinin çıxışı: Nikoldan Kremlin narazılığına reaksiya

Düşünmürəm ki, iştirakçı ölkələrə senzura tətbiq etməli və ya buna hər hansı bir şəkildə reaksiya verməliyəm.


Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ukraynanın Prezidenti Vladimir Zelenskinin İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində rezonans doğuran bəyanatından sonra susmasını şərh edərkən deyib.


Paşinyan açıq şəkildə bildirib ki, o, belə platformalarda iştirakçıların hər bir bəyanatına cavab verməyi zəruri hesab etmir.


Onun sözlərinə görə, Avropa Siyasi Birliyinin sammiti hər bir ölkənin öz mövqeyini sərbəst ifadə etdiyi çoxtərəfli platformadır.


Qeyd edək ki, Moskva Zelenskinin sammitdəki antirusiya bəyanatlarından narazılığını bildirib və Ermənistanı Ukrayna liderinə platforma verməkdə ittiham edib.

Mənbə axar.az

Oxşar Xəbərlər