Digər
Lukaşenko: Yerüstü əməliyyata hazır olun!
Belarus Prezidenti Aleksandr Lukaşenko ordusunun mümkün hücuma qarşı quru əməliyyatına hazır olmağa çağırıb.
Axar.az Belarus mediasına istinadla xəbər verir ki, bu barədə o, hərbçilərlə görüşündə deyib.
"Son münaqişə İsraillə ABŞ və İran arasında silahlı toqquşmadır. Bu nəyi göstərdi? Yaxşı, bombaladılar. Bombalar və raketlər atdılar.
Bəs yaxşı, qazandılarmı? Yox. Yerüstü əməliyyat olmadan heç bir yol yoxdur", - Lukaşenko bildirib.
Mənbə
axar.az