Digər
Qazanılan qələbə diplomatik addımlarla tamamlanmalıdır...
ABŞ və İsrail üzərində qazanılan "qələbə" xalqın maraqlarını qoruyan diplomatik addımlarla tamamlanmalıdır.
Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian paytaxt Tehranda bir qrup təhlükəsizlik rəsmisi ilə görüşündə deyib.
Pezeşkian İranın düşməninə etibar etmədiyini, lakin milli maraqların və milli şərəfin qorunmasına əsaslanan danışıqlara açıq olduğunu bildirib.
O eyni zamanda əlavə edib ki, İran xalqının xeyrinə olan razılaşmaya əməl edəcəklər.
Mənbə
axar.az