Dünya
Paşinyan Avrasiya İqtisadi İttifaqının sammitinə qatılmayacaq
Ermənistanın baş naziri Nikol Paşinyan Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak etməyəcək. Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, ölkə lideri bu barədə jurnalistlərlə söhbətində məlumat verib. "Mən aprelin 1-də Moskvaya səfərim zamanı Rusiya prezidentinə seçki kampaniyası səbəbindən (Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkisi nəzərdə tutulur - red.) Aİİ-nin sammitində iştirak edə bilməyəcəyimi dedim. Dünən Qazaxıstan prezidentinə də zəng edərək, sammitə qatıla bilməyəcəyimi söylədim", - deyə Ermənistanın dövlət başçısı bildirib. Paşinyan bildirib ki, sammitdə Ermənistanı baş nazirin müavini Mqer Qriqoryan təmsil edəcək. Xatırladaq ki, Aİİ-nin növbəti iclası mayın 28-29-da Astanada keçiriləcək.
Mənbə
oxu.az