Dünya

Gürcüstanın yeni patriarxı seçildi

11 May 2026, 16:30 1 baxış
Gürcüstanın yeni patriarxı seçildi
Mitropolit Şio (Elizbar Muciri) Gürcüstanın yeni - 142-ci Katalikos-Patriarxı seçilib. Oxu.Az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu, Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş iclasındakı səsvermədən sonra müəyyənləşib. Məlumata görə, ölkənin yeni ali dini lideri postuna üç namizəd olub. Yeni patriarx 39 mümkün səsdən 22-sini əldə edib. Qeyd edək ki, Gürcüstanın sabiq Katalikos-Patriarxı II İlya martın 17-də 93 yaşında vəfat edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər