Digər

Paşinyan metroda ödəniş etdi, sistem işləmədi - Video

11 May 2026, 14:04 1 baxış
Paşinyan metroda ödəniş etdi, sistem işləmədi - Video

Ermənistanın Baş naziri Nikol Paşinyan metroda maraqlı vəziyyətlə üzləşib.


Axar.az Modern.az-a istinadən xəbər verir ki, seçicilərlə növbəti görüşə tələsən Paşinyan metroya daxil olarkən bank kartı ilə ödəniş etmək istəyib. O, kartını iki dəfə validatora yaxınlaşdırsa da, sistem işləməyib.


Paşinyan baş verənlərin səbəbini soruşduğu anda İrəvan meri Tiqran Avinyan mobil telefonunu terminala yaxınlaşdıraraq onun metrodan keçməsinə kömək edib.


Bundan sonra Paşinyan zarafatla “Bu, tanışlığa görədir?” deyə sual verib.


Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Paşinyan metroda ödəniş etdi, sistem işləmədi - Video
Mənbə axar.az

Oxşar Xəbərlər