Digər

ABŞ 60-dan çox gəminin istiqamətini dəyişdirdi

11 May 2026, 01:43 1 baxış
ABŞ 60-dan çox gəminin istiqamətini dəyişdirdi

ABŞ hərbçiləri İranın dəniz blokadası başlayandan bəri 60-dan çox ticarət gəmisinin istiqamətini dəyişdirib, 4 gəmi isə vurulub.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandalığı (CENTCOM) məlumat yayıb.


"20-dən çox ABŞ gəmisi İrana qarşı blokadanı tətbiq edir. CENTCOM qüvvələri 61 kommersiya gəmisini istiqamətləndirib və tabe olmayan 4 gəmini sıradan çıxarıb", - deyə bildirilib.


CENTCOM İran limanlarına gedən bütün gəmilərin, eləcə də sahillərini tərk etməyə çalışan gəmilərin hərəkətini bloklamaq niyyətində olduğunu açıqlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər