Digər
Fidan və Əbdülati ABŞ-İran danışıqlarını müzakirə etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidanla misirli həmkarı Bədr Əbdülati arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbələr məlumat yayıb.
Məlumata görə, söhbət zamanı İran və ABŞ arasında danışıqlarla bağlı inkişaflar müzakirə edilib.
Mənbə
axar.az