Digər
ABŞ gəmisi dronların hücumuna məruz qaldı
ABŞ-ın "Safesea Group" şirkətinə məxsus "Neha" ticarət gəmisi Fars körfəzində dronların hücumuna məruz qalıb.
Axar.az xəbər verir ki, bu barədə "Foks Nyus" telekanalı məlumat yayıb.
Məlumata görə, dronlardan biri gəmiyə düşüb, digəri isə hədəfdən yayınıb.
Gəmi hücum zamanı Doha yaxınlığında yüksüz imiş və lövbər salıbmış.
Qeyd edilir ki, hadisə zamanı gəmidə 23 dənizçi olub. Onlardan heç biri xəsarət almayıb.
Mənbə
axar.az