Digər

Kuba ilə məşğul olacağıq - Tramp

10 May 2026, 21:14 1 baxış
Kuba ilə məşğul olacağıq - Tramp

ABŞ Prezidenti Donald Tramp Vaşinqton administrasiyasının Kuba ilə bağlı məsələyə diqqət ayıracağını açıqlayıb.


Axar.az xəbər verir ki, Tramp bu barədə “Full Measure” proqramına müsahibəsində danışıb.


Amerika lideri Kubanın uzun illərdir tənəzzül vəziyyətində olduğunu bildirib:


“Bu ölkə artıq illərdir geriləmə yaşayır. Bir məsələni həll etməzdən əvvəl digərini başa çatdıracağıq”.


ABŞ rəhbərliyinin Kuba hakimiyyəti ilə əlaqə saxlayıb-saxlamadığı barədə suala cavab verən Tramp bu işlə ABŞ dövlət katibi Marko Rubionun məşğul olduğunu söyləyib.

Mənbə axar.az

Oxşar Xəbərlər