İdman

Güləşçimiz U20 dünya çempionatında bürünc medal qazanıb

18 Aug 2026, 22:48 2 baxış
Güləşçimiz U20 dünya çempionatında bürünc medal qazanıb
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, Azərbaycan təmsilçisi Emin Cavadlı (55 kq) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan təmsilçimiz tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər