İdman

"Barselona" Rodrini heyətinə qatdı - RƏSMİ

18 Aug 2026, 23:00 2 baxış
"Barselona" Rodrini heyətinə qatdı - RƏSMİ
"Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri ilə müqavilə imzalayıb. Oxu.Az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb. Müqavilə 2030-cu il iyunun 30-dək nəzərdə tutulub. Daha əvvəl verilən məlumata görə, transfer məbləği bonuslar da nəzərə alınmaqla 76,5 milyon avroya qədər çata bilər. İlkin ödəniş isə 60 milyon avro təşkil edib. 30 yaşlı Rodri 2019-cu ildən "Mançester Siti"də çıxış edirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər