Siyasət
Min ildən bir doğulan dahi şəxsiyyət
"Ulu öndər Heydər Əliyev haqqında dünyanın bir çox liderləri, rəhbərləri dəyərli fiklər səsləndirib. Mənim ən xoşuma gələn isə Türkiyənin sabiq baş naziri Bülənt Ecevitin sözləri olub". Bu fikirləri Oxu.Az-a açıqlamasında "91-lər"in nümayəndəsi, professor, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov deyib. O vurğulayıb ki, Heydər Əliyev dahi şəxsiyyətdir:
"Bülənt Ecevit vurğulayıb ki, Heydər Əlirza oğlu Əliyev min ildən bir doğulan dahilərdəndir. Doğrudan da ulu öndər nadir insanlardandır. Onunla görüşlərim çox olub. Mənim fikirlərimə hər zaman dəyər verib. Ulu öndərin dahi şəxsiyyət olduğunu ilk dəfə mən "İki sahil" qəzetində yazmışdım. Qeyd etmişdim ki, Atatürk Türkiyə üçün nə edibsə, Heydər Əliyev də Azərbaycan üçün onu edib. Heydər Əliyevi düzgün tanımaq və yaxud düzgün tanıtmaq ziyalıların borcudur. Mən elə bilirəm ki, Heydər Əliyevi biz hələ yaxşı tanımırıq". Ş.Əsgərov qeyd edib ki, Azərbaycan insanı xoşbəxtdir ki, onun yaşadığı dövləti Heydər Əliyev qurub: "Onun fəlsəfi fikirləri çoxdur. Belə fikirləri zaman əridə bilmir. Heydər Əliyev ona görə dahi şəxsiyyətdir ki, onun fikirləri həm dünən, həm bu gün, həm də sabah üçün aktualdır. Dünyada quruluşlar, idarəetmə modelləri dəyişə bilər. Heydər Əliyevin fikirləri isə hər zaman öz əhəmiyyətini, dəyərini saxlayacaq. Onu digər insanlardan fərqləndirən cəhətlərdən biri də ictimai maraqlarını şəxsi maraqlarından üstün tutmasıdır. Hər zaman Azərbaycan, dövlətçilik üçün çalışıb. Heydər Əliyev Azərbaycan dövlətinin qurulmasını, Azərbaycan dövlətinin inkişaf etməsini və xalqın savadlanmasını istəyirdi. Çünki ancaq savadlı xalq, ancaq qüdrətli dövlət öz şəxsiyyətlərini yaşada bilər".

Mənbə
oxu.az
Oxşar Xəbərlər