Digər

Fitsonun Moskva səfəri AB-də tənqidlərə səbəb olub - KİV

10 May 2026, 14:49 1 baxış
Fitsonun Moskva səfəri AB-də tənqidlərə səbəb olub - KİV

Slovakiya Baş naziri Robert Fitsonun Qələbə Gününü qeyd etmək üçün Moskvaya səfəri Avropa Birliyi (AB) liderləri arasında suallar doğurub.


Axar.az xəbər verir ki, bu barədə “Euractiv” portalı məlumat yayıb.


“Bu səfər onun Brüsselin ciddi nəzarəti və daxili təzyiqlər fonunda özünü AB daxilində cəsarətli, Rusiyayönümlü siyasətçi kimi təqdim etmək cəhdləri ilə eyni vaxta təsadüf edir. Fitsonun Moskvaya səfəri tənqidlərə səbəb olub.


Qərb siyasətçiləri Slovakiya Baş nazirinin bu addımını ölkəsindəki iddia edilən problemlərdən yayındırmaq cəhdi kimi qiymətləndiriblər. Fitsonun qayıtmasından sonra onlar Bratislavanın yarana biləcək maliyyə problemləri ilə üzləşəcəyini proqnozlaşdırırlar”, - məlumatda qeyd olunub.


Qeyd edək ki, Fitso 9 May Qələbə Günü münasibətilə təşkil edilən tədbirlərdə iştirak etmək üçün Rusiyanın paytaxtı Moskvaya getmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər