Digər
Rusiya tükənib, parad bunu göstərdi - Qordon
Putinin "Qələbə paradı" (9 May Qələbə Günü ilə bağlı keçirilən parad - red.) Rusiyanın tükəndiyinin sarsıdıcı bir nümayişi idi.
Axar.az xəbər verir ki, bunu britaniyalı hərbi ekspert Hemiş de Breton-Qordon “Telegraf” üçün yazdığı məqaləsində deyib.
“Rusiya üçün Moskvada keçirilən 9 May paradı qələbənin qeyd edilməsindən daha çox strateji tükənmənin etirafına çevrildi. Əvvəllər bütün dünyaya hərbi qüdrətini nümayiş etdirən rejim ən vacib milli tamaşası üçün nə raketlər, nə də əhəmiyyətli hərbi texnika toplaya bilmədi. Bir neçə köhnə təyyarə uçsa da, Rusiya hərbi ehtiyatlarının döyüş meydanında inanılmaz dərəcədə xərcləndiyini gizlədə bilmədi”, - ekspert bildirib.
Mənbə
axar.az