Şou biznes

"İblis Prada geyinir 2"nin ulduzlarının qonorarları açıqlandı

10 May 2026, 02:31 1 baxış
"İblis Prada geyinir 2"nin ulduzlarının qonorarları açıqlandı
"Variety" nəşri "İblis Prada geyinir 2" filmində çəkilən Meril Strip, Enn Hetuey və Emili Blantın qonorarını açıqlayıb. Oxu.Az xəbər verir ki, filmin yaradıcıları üçün əsas məqsəd birinci hissədə moda jurnalının redaktoru Miranda Pristlini canlandıran Meril Stripi layihəyə geri qaytarmaq olub. Mənbələrin məlumatına görə, "Oskar" mükafatına 21 dəfə namizəd göstərilən aktrisa filmin davamı üçün 12,5 milyon dollar qonorar alıb. Lakin Meril Strip həmkarlarını da nəzərə alaraq şərt irəli sürüb ki, Enn Hetuey və Emili Blant da onunla eyni məbləği alsınlar. Nəticədə hər iki aktrisaya da personajlarına qayıtdıqları üçün 12,5 milyon dollar ödənilib. Səkkizrəqəmli qonorarlarla yanaşı, üç aktrisa filmin kassadakı gəlirlərindən əlavə bonuslar da əldə edib. Bu ödənişlərin məbləğinin filmin gəlirləri artdıqca yüksələcəyi bildirilir. Mənbələrin məlumatına görə, filmin hazırkı populyarlıq səviyyəsi qorunarsa, aktrisaların hər birinin ümumi qazancı 20 milyon dolları keçə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər