Dünya
Avstriyada atışma: Ölənlər var
Avstriyanın Lints şəhərində restoranın qarşısında atışma baş verib. Nəticədə üç nəfər həyatını itirib. Oxu.Az bildirir ki, bu barədə "Kronen Zeitung" nəşri məlumat verib. Məlumata görə, yaşlı kişi "Lyuftner" hotelinin yaxınlığındakı restoranın qarşısında iki qadını, daha sonra digər bir gənc qadını güllələyib, özü isə intihar edərək həyatına son verib. Hazırda genişmiqyaslı əməliyyat həyata keçirilir.
Mənbə
oxu.az