Dünya

KİV: ABŞ Yaxın Şərqdəki hərbi kontingentini xeyli artırıb

07 May 2026, 17:24 1 baxış
KİV: ABŞ Yaxın Şərqdəki hərbi kontingentini xeyli artırıb
ABŞ İranla münaqişə fonunda Yaxın Şərq ölkələrindəki bazalarında hərbi kontingentini təxminən 10 min nəfər artırıb. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlamazdan əvvəl Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İordaniya, Qətər, Küveyt və Bəhreyndəki bazalarında təxminən 40 min hərbçisi yerləşdirilib. Hazırda regiondakı ABŞ hərbçilərinin sayı 50 min nəfəri keçib. Nəşr qeyd edir ki, Yaxın Şərqdəki bütün kontingent tam döyüş hazırlığı vəziyyətində qalır. Məlumata görə, Ağ Ev, öz növbəsində, İrana qarşı döyüş əməliyyatlarını yenidən başlamağa hazırlıqla bağlı ziddiyyətli siqnallar göndərir. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib. Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər