Dünya

Paşinyan Putinin təklifini rədd etdi?

07 May 2026, 14:12 1 baxış
Paşinyan Putinin təklifini rədd etdi?
Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyan mayın 9-da Rusiya paytaxtında baş tutacaq Qələbə Günü paradına qatılmayacaq. Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, baş nazir bu barədə Nazirlər Kabinetinin iclasının ardınca təşkil olunan brifinq zamanı məlumat verib. Hökumət rəhbəri qeyd edib ki, hələ aprelin 1-də Moskvaya etdiyi səfər və Rusiya lideri Vladimir Putinlə danışıqları vaxtı seçki kampaniyası ilə əlaqədar tədbirə gələ bilməyəcəyini söyləyib. "Buna görə də mən bu barədə daha öncə məlumat vermişdim", - deyə N.Paşinyan vurğulayıb. Qeyd edək ki, Ermənistanın baş naziri 2025-ci ildə Qələbə Gününün 80 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər