Dünya

ABŞ-də məxfi məlumatlara pul qoyuluşu qalmaqalı: Diplomatlara ciddi xəbərdarlıq olundu

07 May 2026, 12:28 1 baxış
ABŞ-də məxfi məlumatlara pul qoyuluşu qalmaqalı: Diplomatlara ciddi xəbərdarlıq olundu
ABŞ Dövlət Departamenti amerikalı diplomatlara məxfi məlumatlardan bukmeyker kontorlarında mərc etmək üçün istifadənin yolverilməz olduğunu xatırladıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrinə istinadən məlumat yayıb. "Mətbuatda son vaxtlar dərc olunan məlumatlar ABŞ məmurlarının "Kalshi" və "Polymarket" kimi onlayn platformalarda mərc etmək üçün gizli hökumət məlumatlarından istifadə etməsi ilə bağlı narahatlıqlara səbəb olub. Xatırladırıq ki, Dövlət Departamentinin əməkdaşları tərəfindən qeyri-rəsmi məlumatlardan maliyyə qazancı əldə etmək məqsədilə lazımsız istifadə yolverilməzdir və çox ciddi qanun pozuntusudur", - deyə nəşrdə yayılan materialda bildirilib. Qeyd olunur ki, ABŞ-li bir hərbi qulluqçu ölkəsinin Venesuelaya müdaxiləsi və sözügedən dövlətin lideri Nikolas Maduronun ələ keçirilməsi barədə bukmeyker kontorlarına pul qoyuluşu edib. Hərbçi məhkəmədə günahını etiraf etməyib. Həmin hadisədən sonra bütün dünyadakı ABŞ diplomatlarına məxfi məlumatlardan bukmeyker kontorlarında mərc etmək üçün istifadənin yolverilməz olduğu barədə məlumat göndərilib. Daha əvvəl "Axios" portalı xəbər vermişdi ki, ABŞ-li konqresmenlər ictimai-siyasi əhəmiyyətli hadisələrin, o cümlədən seçkinin nəticəsinə, hökumət qərarlarına, hərbi əməliyyatlara və idman tədbirlərinə mərc qoyuluşunu qadağan etmək istəyirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər