Dünya

Yeni Zelandiya Rusiyaya qarşı 35-ci sanksiyalar paketini elan etdi

07 May 2026, 13:00 1 baxış
Yeni Zelandiya Rusiyaya qarşı 35-ci sanksiyalar paketini elan etdi
Yeni Zelandiya Rusiyaya qarşı 35-ci sanksiyalar paketini elan edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş sənəddə bildirilib. Sanksiyalar siyahısı mayın 7-də yenilənib və buraya daha 20 fiziki və hüquqi şəxs daxil edilib. Rusiyanın PSB bankının A7 beynəlxalq ödəniş platforması, Miassda yerləşən "Soyedinitel" zavodu və Rusiya Elmlər Akademiyasının Tətbiqi Fizika İnstitutunun Federal Tədqiqat Mərkəzinə qarşı məhdudiyyətlər tətbiq olunub. Rusiyaya qarşı sanksiyalar qanununun qüvvəyə mindiyi 2022-ci ilin mart ayından bəri Yeni Zelandiya Rusiyanın 2000-dən çox fiziki və hüquqi şəxsinə qarşı məhdudiyyətlər tətbiq edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər