Dünya
Pentaqon "Scale AI" şirkəti ilə 500 milyon dollarlıq müqavilə imzaladı
ABŞ-nin Hərb Nazirliyi ilə "Scale AI" şirkəti 500 milyon dollarlıq müqavilə imzalayıblar. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" məlumat verib. Agentliyin bildirdiyinə görə, Pentaqon ümid edir ki, "Scale AI" ilə əməkdaşlıq məlumatların emalı və qərar qəbuletmə proseslərinin sadələşdirilməsinə kömək edəcək. Qeyd edilib ki, saziş "Scale AI"nin 2025-ci ilin sentyabrında Pentaqondan aldığı müqavilənin beş misli qədərdir. Şirkətin dövlət sektoru ilə iş üzrə rəhbəri Den Tadrossun sözlərinə görə, yeni müqavilə sübut edir ki, nazirlik bu texnologiyanı tətbiq etməyə çalışır. "Bloomberg" xatırladıb ki, yanvar ayında Pentaqon rəhbəri Pit Heqset daha çox süni intellekt əsaslı alətlər tətbiq etmək və onların tətbiqi yolunda bürokratik maneələri aradan qaldırmaq niyyətində olduğunu bəyan edib.
Mənbə
oxu.az