Şou biznes

Aktrisa Liza Kudrou "Dostlar" serialındakı Ross obrazını tənqid edib

07 May 2026, 11:56 2 baxış
Aktrisa Liza Kudrou "Dostlar" serialındakı Ross obrazını tənqid edib
Məşhur aktrisa Liza Kudrou "Dostlar" (Friends) serialının pərəstişkarları arasında illərdir davam edən Ross və Reyçel münasibətləri ilə bağlı polemikalara münasibət bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb. Kudrou qeyd edib ki, Devid Şvimmerin canlandırdığı Ross obrazı əslində "pis oğlan" olub və Cennifer Anistonun oynadığı Reyçel xarakteri onunla heç vaxt barışmamalı idi. Aktrisa xüsusilə Rossun Reyçelin iş həyatındakı çətinliklərinə qarşı rəftarını sərt şəkildə qınayıb. O, personajın bu davranışını "dəhşətverici" kimi qiymətləndirərək bildirib ki, Ross xırda detallara əsəbiləşir və sevgilisinə ən ağır günlərində lazımi mənəvi dəstəyi vermirdi. Eyni zamanda, Kudrou bir müddət öncə "Dostlar" layihəsinin əksəriyyəti kişilərdən ibarət ssenari qrupundakı toksik mühitdən də bəhs edib. Aktrisanın sözlərinə görə, qrup üzvləri aktyor heyətini qəddarcasına tənqid edir və "Bu qadın, ümumiyyətlə, oxuya bilirmi?" kimi alçaldıcı ifadələr işlədirdilər. Bundan əlavə, ssenaristlərin istirahət otağında Cennifer Aniston və Kortni Koks barəsində qeyri-etik müzakirələr apardıqları da vurğulanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər