Dünya

Mərhum aktyor Metyu Perrinin əşyaları hərraca çıxarılacaq - FOTO

07 May 2026, 05:48 1 baxış
Mərhum aktyor Metyu Perrinin əşyaları hərraca çıxarılacaq - FOTO
Hollivud ulduzu Metyu Perrinin xatirə əşyaları "Heritage Auctions" hərrac meydançasında iyunun 5-də satışa çıxarılacaq. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Lotlar arasında "Dostlar" (Friends) serialının pilot bölümünün ssenarisi də var. Maraqlıdır ki, həmin dövrdə məşhur sitkom hələ "Six of One" işçi adını daşıyırdı. Satışa çıxarılan ssenari nüsxəsində bütün aktyor heyətinin imzası mövcuddur.
Hərracdan əldə olunan vəsait aktyorun vəfatından sonra yaradılan Metyu Perri Fonduna köçürüləcək. Fond asılılıqdan əziyyət çəkən şəxslərə mənfi münasibətin yaranmasına qarşı mübarizə aparmaq və onlara dəstək olmaq məqsədilə fəaliyyət göstərir. Əfsanəvi ssenari ilə yanaşı, hərraca sifarişlə hazırlanmış "Betmen" üslublu pinq-ponq masası, həmçinin Monika və Reyçelin mənzilindəki məşhur qapı gözünün surəti də çıxarılacaq. Nəşrin məlumatına görə, ssenarinin başlanğıc qiyməti 500 dollar təşkil edir. Xatırladaq ki, "Dostlar" serialının ulduzu Metyu Perri 2023-cü il oktyabrın sonunda 54 yaşında vəfat edib. O, Los-Ancelesdəki evində ölü tapılıb. Həmin ilin dekabrında "The New York Times" qəzeti aktyorun ölüm səbəbinin ketamin adlı narkotik maddənin kəskin təsiri olduğunu yazmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər