Dünya

Şanxayda dünyanın ən böyük milsiz "Şeytan çarxı" inşa ediləcək - FOTO

07 May 2026, 06:00 1 baxış
Şanxayda dünyanın ən böyük milsiz "Şeytan çarxı" inşa ediləcək - FOTO
Şanxayın şimal-şərqində dünyanın ən böyük milsiz "Şeytan çarxı" inşa ediləcək. 228 metr hündürlüyündə olacaq bu nəhəng attraksionun mərkəzi oxu və milləri (təkərin mərkəzi ilə halqasını birləşdirən çubuqlar) olmayacaq. Oxu.Az "Tszefan jibao" nəşrinə istinadən xəbər verir ki, "Şanxay tağı" adlanan attraksionun tikintisinə 2026-cı ilin sonlarında başlanılması planlaşdırılır. Layihənin ümumi dəyəri təxminən iki milyard yuan (təqribən 293 milyon ABŞ dolları) təşkil edəcək. Yeni "Şeytan çarxı" ətrafdakı digər turistik məkanlarla vahid kompleks şəklində inteqrasiya olunacaq. Qeyd edək ki, hazırda dünyanın ən böyük milsiz "Şeytan çarxı" Çinin Şandun əyalətində yerləşən "Bohay gözü"dür. Hündürlüyü 142.52 metr olan həmin attraksionda kabinələr sabit halqaşəkilli konstruksiyanın xarici xətti boyunca hərəkət edir. Şanxaydakı yeni layihə isə bu rekordu yeniləyəcək.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər