Dünya
Dünyada yeni pandemiya riski yaranıb? - ÜST rəhbərindən AÇIQLAMA
"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. Oxu.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus "Agence France-Presse" (AFP) agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda dünyanın qalan hissəsi üçün təhlükə səviyyəsi aşağıdır. Qeyd edək ki, mayın 4-də ÜST Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığı barədə məlumat yayıb. Son məlumatlara əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib.
Mənbə
oxu.az