Dünya

Bruney sultanı Filippinə səfəri zamanı təyyarəni özü idarə etdi - FOTO

07 May 2026, 03:46 1 baxış
Bruney sultanı Filippinə səfəri zamanı təyyarəni özü idarə etdi - FOTO

Bruney Sultanı Hacı Həssənal Bolkiah ASEAN sammitində iştirak etmək məqsədilə şəxsi təyyarəsinin sükanı arxasında Filippinə gəlib. Oxu.Az-ın məlumatına görə, bu barədə PNA agentliyi xəbər yayıb. Nəşrin məlumatında bildirilir ki, sultan axşam saatlarında Filippinin Sebu şəhərindəki hərbi hava bazasına eniş edib. Uçuş zamanı onunla birlikdə oğlu şahzadə Əbdül Matin də təyyarədə olub. Agentlik vurğulayır ki, Bruney sultanı müvafiq lisenziyaya malik təcrübəli pilotdur. Hassanal Bolkiahın lüks "Boeing-747" təyyarəsini idarə edərək xarici ölkələrə səfər etməsi ilk belə hal deyil. O, 2008 və 2012-ci illərdə Hindistana da uçuşlar həyata keçirib. 2013-cü ildə isə sultan ABŞ-nin o vaxtkı prezidenti Barak Obama ilə görüşmək üçün Vaşinqtona özü uçub. 2024-cü ildə o, "Royal Brunei Air" yerli aviaşirkətinin hava gəmisini idarə edərək Şərqi Timorun paytaxtındakı hava limanına uğurla eniş edib. Qeyd edək ki, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 48-ci sammiti 8-9 may tarixlərində Filippinin Sebu şəhərində keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər